• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Araz Ağalarov: "Biz hər şeyi alıb-satırdıq"

Araz Ağalarov: "Biz hər şeyi alıb-satırdıq"

“Crocus Group”un sahibi Araz Ağalarov mətbuata bir milyon plaşı necə satması, kooperativ hərəkatının ilk dalğasının hara yoxa çıxması və sovet tərbiyəsinin ona necə mane olmasından danışıb.

Azərbaycandan şaftalı, nar, qovun, qarpız gətirirdik

Publika.az Banker.az-a istinadən bildirir ki, milyarder yenidənqurma başlayanda aspiranturada oxuduğunu deyib: “Həmin azadlığı qəflətən hiss etdiyim konkret anı xatırlamıram, lakin yadımdadır ki, dostlarımızın dar çevrəsində əyləşmişdik. Mən dedim ki, dünən qeyri-qanuni olan sabah qanuni olacaq. Qanuni şəkildə qazanmaq olacaq. Heç kim nə dediyimi anlamadı. Hərənin 300 dollara görə 5 il həbs edilən, yaxud kiməsə nə isə satdığı üçün 10 il cəza alan dostları var idi. Xırda işlərlə isə demək olar ki, hamı məşğul olurdu. Özünə iki cins aldın – birini satdın. Yaxşı görünmək üçün birtəhər dolanmaq lazım idi”.

Bizneslə 1988-ci ildən məşğul olmağa başladığını deyən A.Ağalarov ilk kooperativinə “Zəfəran” adı verib: “Sonra onu ingilis dilinə çevirdilər və “Krokus” alındı. O zaman bütün kooperativlər alış-verişlə məşğul idi, başqaları demək olar ki, yox idi. Biz hər şeyi alıb-satırdıq. Mağazaların piştaxtaları boş idi. Azərbaycandan şaftalı, nar, qovun, qarpız gətirirdik. On tonluq maşın gəlirdi və onu Novıe Çeremuşidə 10 universama paylayırdıq, sonra isə pulları yığırdıq. Təyyarələrlə Moskvaya təzə göyərti göndərirdik. İnsanlar səhər məhsulu yığır, təyyarəyə yükləyir və hava limanından birbaşa bazara aparırdılar”.

Hətta süpürgə də satırdıq

İş adamı deyib ki, sonra kompüterlər peyda olub və texnika satmağa başlayıb: “Hər şeydən yapışırdıq. Hətta küçə süpürən süpürgələri də satırdıq. Moskva belə süpürgələri yük maşınları ilə alırdı. Nə qədər gətirsəydin, o qədər də alırdılar. Sonra aydın oldu ki, matyroşka, qutular, çadırlara da tələbat var – biz bütün bunları alıb-satmağa başladıq. Bu istiqamətdə kifayət qədər böyük biznes alındı.

Zaman gəldi prioritet istiqamətləri müəyyənləşdirmək lazım oldu. Sərgi fəaliyyətinə və ayaqqabı satmağa başladıq. SSRİ-də bu seqmentdə həmişə böyük problemlər olub. Çində etibarlı tərəfdaşlarımız var idi. Ayaqqabını eşalonla bütün SSRİ ərazisində satırdıq, hər konteyner uğrunda müharibə gedirdi. Elə o zaman mən özüm yüngül plaş hazırladım, onu “Al-Kapone” adlandırdım. Həmin plaşlardan bir milyon ədəd satdım”.

A.Ağalarov sovet tərbiyəsinin ona biznesdə mane olduğunu vurğulayıb: “Eyni zamanda, sovet təhsili bizə real olaraq kömək edirdi. Həmin illər bu təhsil kifayət qədər əsaslı və fundamental idi. Aspiranturada çox işləməyi öyrəndim. Köhnə nəzəriyyələrlə öyrətsələr də, həmin biliklər də lazım gəlirdi”.

“1991-ci ilin süqutundan qaçmaq olardı”

Milyarderin sözlərinə görə, yenidənqurmanı başqa cür etmək lazım idi: “Belə ki, yenidənqurma elan edib dalğa qaldırsalar da, real dəyişikliklər baş vermirdi. Kommunist Partiyası çox qorxurdu. Başa düşürdü ki, nəsə etmək lazımdır, lakin nə etmək lazım olduğunu bilmirdi. O zaman 1991-ci ilin süqutundan qaçmaq olardı. SSRİ dağılmasaydı daha çox şeyə nail olmaq mümkün idi. SSRİ-dən ayrılan respublikalar nə üçün ayrıldıqlarını və bundan sonra nə etməli olduqlarını bilmirdilər. Bu, süni tədbir idi. Hakimiyyətdə olan Qorbaçov çox qərarsız idi, özünü bütün dünyaya liberal göstərmək istəsə də, hansı tərəfə üzməyin lazım olduğunu anlamırdı. Dövlət idarəetmə sistemini itirməzdən əvvəl hərəkət etmək lazım idi”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR