TANAP-la bağlı daha bir müqavilə bağlandı
Bizi izləyin

Ekopublika.az

TANAP-la bağlı daha bir müqavilə bağlandı

İntertek servis şirkəti Transanadolu boru kəmərinin (TANAP) tikintisi dövründə boru kəmərlərinin keyfiyyəti, texniki təftiş və sınaqdan keçirilməsinə nəzarət üzrə işlər üçün TANAP konsorsiumu ilə 2 illik müqavilə bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə Intertek şirkətinin saytında yerləşdirilmiş məlumatda bildirilir.İntertek şirkətinin regional direktoru İqor Obodanın sözlərinə görə, müqavilənin imzalanması bir daha texniki xidmətlərin göstərilməsi sahəsində şirkətin böyük potensiala malik olduğunu təsdiqləyir:“Boru kəmərinin keyfiyyəti və bütövlüyü onun təhlükəsiz işinin təmin edilməsi, xərclərin və qazla çirklənmə risklərinin minimuma endirilməsi üçün vacib amildir. Biz səbirsizliklə TANAP ilə birgə işi gözləyirik”.

İntertek şirkətinin Türkiyə və Azərbaycandakı direktoru Dilək Yalçın qeyd edib ki, bu strateji layihənin uğurla həyata keçirilməsinə öz töhfələrini verdikləri üçün xoşbəxtdilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm