• USD 1,7008 0,00% EUR 2,0342 0,00%
    • GBP 2,3097 0,00% RUB 0,0294 0,00%

Vaxtı keçmiş kreditlərin həcmi – ARAŞDIRMA

Vaxtı keçmiş kreditlərin həcmi – ARAŞDIRMA

Ölkədə borcalanların sayı 2,389,292 min nəfərə çatıb. Kredit qoyluşlarının həcmi isə 20072.8 milyon manat olub. Cari ilin üç ayına olan məlumata görə, kreditlərin 1,1 milyard manatının, yaxud 5,5 faizinin ödəmə vaxtı keçib.

Publika.az xəbər verir ki, kredit qoyluşları bir ayda 64.9 mln manat azalıb. Bu azalmaya baxmayaraq, banklarda vaxtı keçmiş kreditlərin həcmi artıb. Belə ki, bəzi banklar rüblük hesabatlarını açıqlayıblar. Orada bankların kredit portfelində vaxtı keçmiş kredit payının necə artdığı görünür.

Məsələn, “Accessbank” ın cari ilin mart ayının sonuna olan maliyyə hesabatına əsasən, vaxtı keçmiş kreditlərin məbləği 12041,77 min manat təşkil edib.Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 1,30 faiz olub. Xatırladaq ki, 2014-cü ilin sonuna bankın vaxtı keçmiş kreditlərinin məbləği 7597,08 min manat, bunun da kredit portfelində xüsusi çəkisi 0,92 faiz təşkil edib.

“AGBank”ın vaxtı keçmiş kreditlərlə bağlı hesabatına əsasən bu ilin yanvar ayının sonuna həmin rəqəm 55,669,3 min manat olub. Halbuki ilin sonunda həmin rəqəm 49 158,9 manat imiş.

“ASB” cari ilin mart ayının sonuna qədər 176, 811. 294 min manat kredit verib. 2005-ci ildən bu tərəfə bank ilk dəfə zərərlə işləyib. Bankın zərəri -1 960 181 manat olub. Bankda iri kredit borclarının məbləği 2,855.64 min manat təşkil edib.İri kredit borclarının birinci dərəcəli kapitala nisbəti 4,21 faiz olub.

Bankda vaxtı keçmiş kreditlərin məbləği 6,632.46 min manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində həcmi 3.75 faiz olub. Onu da qeyd edək ki, bankın vaxtı keçmiş kredit problemi ötən ildən başlayıb. 2014-cü ilin sonuna bu rəqəm verilmiş 167,283.78 min manata qarşı 6,108.94 min manat olub. Yəni ümumi kredit portfelinin 3,65 faizi səviyyəsində.

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin 01.01.2015-ci il tarixə olan balans hesabatında isə kredit portfeli 208,442,567.88 manat göstərilib. Bank vaxtıkeçmiş kreditlərin həcmini açıqlamayıb.

“Bank VTB” (Azərbaycan) 31.03.2015-ci ilə olan hesabatına əsasən, bankın vaxtı keçmiş kreditlərinin həcmi 41 187,5 min manat olub. Kredit portfelində bu kreditlərin xüsusi çəkisi 11,9 faiz təşkil edib. Bank cəmi 345 008,1 min manat kredit verib.

Hazırda manatla kredit ancaq bizdə deyib geniş reklamını quran və belə bir bankın mövcudluğuna dair cəmiyyətdə bilgi yaradan “Ekpressbank” overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər üzrə cəmi 187,960.27 min manat borc verib. Vaxtı keçmiş borcların həcmi 3,060.01 min manat olub. Faizlər üzrə borc 3,143.27 min manat təşkil edib.

Fiziki şəxslərin əsas məbləğ üzrə vaxtı keçmiş borcları 820.22 min manat təşkil edir. Faizlər üzrə borcun məbləği 641.55 min manatdır. Xatırladaq ki, 2014-cü ilin son rübündə fiziki şəxslər üzrə vaxtı keçmiş kreditlərin məbləği 2,511 min manat, faizlər üzrə borc 1,125 min manat olub.

“NBS Bank”ın birinci rübə olan hesabatına görə, kredit portfelinin həcmi 122,344 min manat, cari kreditlər 115,314 manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi 7,030 manata çatıb. Fiziki şəxslər üzrə vaxtı keçmiş kreditlər 6,101 manat olub.

Hesabatlardan aydın olur ki, bankın 2014-cü ilin sonuna vaxtı keçmiş kreditlərinin həcmi 6,072 min manat, fiziki şəxslər üzrə isə həmin rəqəm 5,223 min manat təşkil edib.

“Qafqaz İnkişaf Bankı” nın 31 mart 2015-ci ilə olam maliyyə göstəricilərində müştərilərə verilən kreditlərin həcmi 148020,9 min manat göstərilib.

Burada da vaxtıkeçmiş kreditlər 1879,00 manat olub. Kredit portfelində xüsusi çəkisi 1,36 min manat. 2014-cü ilin sonunda bankın vaxtı keçmiş kreditlərinin məbləği 2054,70 min manat, bunun kredit portfelində xüsusi çəkisi 1,51 faiz təşkil edib.

“Rabitabank” ın kredit portfelinin həcmi bu ilin üçüncü ayına 231644 min manat olub. Vaxtı keçmiş kreditlər 11114 min manat, kredit portfelində çəkisi 4,8 faiz təşkil edib. 2014-cü ilin analoji dövrü ilə müqayisə edəndə aydn olur ki, kredit portfelinin çəkisi 183202 min manat, vaxtı keçmiş kreditlər 7185 min manat, kredit portfelində xüsusi çəkisi 3,9% manat imiş.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>