Yeni binalarda qiymətlər düşüb
Bizi izləyin

Ekopublika.az

Yeni binalarda qiymətlər düşüb

İlkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1149 dollardan (кv.m üzrə) 7.22% azalaraq 1066 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində 1206 manatdan (7.38% azalaraq) 1117 manata enib. Aparılan tədqiqatlar göstərir ki, bu seqment üzrə qiymətlərin azalması, təkrar yaşayış mənzil bazarında olduğu kimi devolvasiyadan sonrakı qiymət sıçrayışının yüngülləşməsi ilə əlaqədadır.

Bu barədə Publika.az –a “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun rəhbəri Nüsrət İbrahimov deyib. O bildirib ki, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edib: “Ümumi portfelin 52.6%-i qiyməti 1000-1600 dollar /kv.m aralığında olan orta mənzillərə düşən pay isə 37.5%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 766 dollar/kv.m və 1200 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 9.9%-ni isə qiyməti 1600 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillərdir, burada qeydə alınan orta qiymət isə 2145 dollar/kv.m-dir”.

N.İbrahomov deyir ki, yeni tikililərin sayının kəskin azalmasına son aylarda baş verən proseslər nəticəsində tikintinin tempinin aşağı düşməsi, eyni zamanda bəzi binalarda “pod moyak” olan evlərin artıq təmir olunaraq təkrar mənzil bazarına daxil olmaları səbəb olub: “Ay ərzində ən cox yeni tikili Yasamal rayonu ərazisində aparılır. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdəki mövqelərini qoruyurlar. Üc rayon üzrə tikintisi aparılan yeni binaların ümumi tikinti portfelindəki payı 63,4% təşkil edir. Qalan rayonlarda isə hələlik tikintinin həcmində hər hansı ciddi dəyişiklik baş verməyib. Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir və bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 72.4%-ə bərabərdir. İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınmışdır. Yasamal rayonunda, “Nizami” m/st yaxınlığında yerləşən 245 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3300 USD təşkil edib. Ən ucuz mənzil isə Masazır qəsəbəsində yerləşən 59 kv.m-lik sahəyə malik yeni tikili, 1 otaqlı mənzildə qeydə alınıb, 400 USD/kv.m”.

Məlum olur ki, yalnız Səbail və Suraxanı rayonlarında qiymət artımı (3.3% və 27.8%) qеydə alınıb: “Apreldə ən çoх qiymət azalması isə Sabunçu və Nəsimi rayonlarında (-18.5% və -15.2%) baş verib.

Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1066 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 67.2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.65, orta sahə göstəricisi 119.21, hər otağın orta satış qiyməti 51636 ABŞ dolları, mənzilin orta qiyməti isə 136838 ABŞ dolları təşkil еdib”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm