Vüqar Bayramov: “TAP Avropa üçün daha səmərəlidir”
Bizi izləyin

Ekopublika.az

Vüqar Bayramov: “TAP Avropa üçün daha səmərəlidir”

Rusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzalayıb. Anlaşma regionda hansı dəyişikliklərə səbəb olacaq?

Publika.Az –a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, Yunanıstan hökumətinin “Moskva sevgisinin” sonadək davam edəcəyini də proqnozlaşdırmaq çətindir. Ekspertin sözlərinə görə, anlaşma indiki halda hər iki tərəf üçün sərfəli görünür. Afina bununla potensial maliyyə cəlb etməyə çalışır. Sanksiyalardan əziyyət çəkən rəsmi Moskva isə son anlaşma ilə Avropa bazarına çıxışını gücləndirmək istəyir. Avropa Birliyi də son anlaşmaya ciddi təpgi göstərmir: “Rəsmi Brüssel bununla regional layihələrə, xüsusən də TANAP və TAP-a alternativin olduğunu nümayiş etdirir. Xəzər regionunda özü üçün daha məqbul şərtlərlə möhkəmlənməyə üstünlük verir. TAP layihəsi ətrafında Avropanın bir sıra ölkələrində səsləndirilən son spekulyativ bəyanatlar da məhz buna hesablanıb. Eyni zamanda Avropa Birliyinə üzv olan Yunanıstan sadəcə Brüsselin deyil, o cümlədən borclu olduğu beynəlxalq maliyyə qurumlarına nəzarət edən Vaşinqtonun da rəyini nəzərə almalıdır”.

V.Bayramov deyir ki, mövcud geo-siyasi və geo-ekonomik faktorları nəzərə alan zaman TAP Avropa üçün daha əlverişli və səmərəlidir:

“Əvvəlla, kəmər Rusiyadan kənar keçdiyi üçün avropalılara “Qazprom”un dominatlığını zəiflətməyə yardım edir.

İkincisi, yalnız Xəzəryanı ölkələrin deyil, eyni zamanda İraqın da kəmərə qoşulması imkanları Avropaya qaz nəqlini fasiləsiz və rentabelli edir.

Üçüncüsü, TAP-ın illik ötürmə qabiliyyəti 60 milyard kub metrədək artırıla bilər. Bu da Mərkəzi-Şərqi Avropa ölkələrindən Bolqarıstan ilə yanaşı digər dövlətlərin də daxili şəbəkə vasitəsi ilə layihədən faydalanmasına və “Qazprom” asıllığını azaltmasına imkan verəcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm