Dünya Bankının regional direktoru Azərbaycana gəlir
Bizi izləyin

Ekopublika.az

Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali (Henry Godfrey Rupiny Kerali) iyulun 1-2-də Bakıda səfərdə olacaq.

"Report"un DB-nin Bakı ofisindən aldığı məlumata görə, H.Keralinin heç bir ictimai tədbirdə iştirakı nəzərdə tutulmur.

Regional direktorun Bakı səfəri zamanı onun Azərbaycan prezidenti İlham Əliyev və hökumət rəsmiləri ilə görüşəcəyi deyilir.

H.Keralinin Bakıya səfərinin məqsədinin Azərbaycan hökumətindən olan tərəfdaşları ilə ölkə proqramının cari icrasını və gələcək perspektivlərini müzakirə etmək olduğu açıqlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm