Azərbaycandan qeyri-neft məhsullarının ixracı il ərzində 8 faiz artıb
Bizi izləyin

Ekopublika.az

Azərbaycandan qeyri-neft məhsullarının ixracı il ərzində 8 faiz artıb

2014-cü ilin yanvar ayında Azərbaycan Respublikasının rezidentləri dünyanın 101 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 46 ölkəyə əmtəə ixrac olunub, 99 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-i Amerika, 34-ü Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 3,2 milyard ABŞ dolları, o cümlədən ixrac 2,7 milyard dollar, idxal isə 535,2 milyon dollar təşkil edib, nəticədə 2,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə müqayisədə 8,0 faiz artaraq 119,1 milyon dollar təşkil edib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm