Məşhur diktor aparıcıları yıxıb-sürüdü: “Efirdə şitlik edirlər”
Bizi izləyin

Magazin1

Məşhur diktor aparıcıları yıxıb-sürüdü: “Efirdə şitlik edirlər”

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov teleməkanın aparıcıları barədə fikirlərini bölüşüb.

O, Publika.az-a açıqlamasında bugünkü aparıcılara baxanda əsəbiləşdiyini bildirib:

“Açığı deyim ki, indiki aparıcılara baxanda əsəbiləşirəm. Çox şitlik edirlər. Gülməkləri, oynamaqları, atlanıb-düşmələri məni qıcıqlandırır. Olmaz, sən o qədər qonaqları yığmısan verilişə, özün də şitlik edirsən. Aparıcı özünə hörmət etməlidir. ANS-də işlədiyim vaxtlarda aparıcılara bunu tövsiyə edirdim. Deyirdim ki, şitliyə yol verməyin”.

Xalq artisti xoşlamadığı aparıcıların adını çəkməsə də, bəyəndiklərini sadalayıb:

“İTV-dən Saleh Bağırovu, ANS-dən Elgiz Əkbəri və Xəzər Televiziyasında Sevinc və Sevil bacılarını çox bəyənirəm”.

Cəvahir

Foto Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm