• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Çox utancaq adam idi”- Cahandar ağanın xatirə günündə “Dəli Kür”ün Mələyi danışdı

  • Magazin1
  • 13 İyul 2015 14:30
  • 1 254 Baxış
“Çox utancaq adam idi”- Cahandar ağanın xatirə günündə “Dəli Kür”ün Mələyi danışdı

Bu gün xalq artisti, Azərbaycan milli kinomuzda misilsiz xidmətləri olan aktyor Ələddin Abbasovun xatirə günüdür.

Ötən il dünyasını dəyişən aktyoru onunla “Dəli Kür” filmində çəkilən aktrisa, əməkdar artist Zemfira Sadıqova ilə yad etdik.

Publika.az-a danışan aktrisa Ələddin Abbasovu həm gözəl insan, həm də istedadlı aktyor kimi dəyərləndirib: “Mən Ələddinlə “Dəli Kür” filminə çəkilmişəm. O, mənim xatirimdə gözəl insan və məsuliyyətli aktyor kimi qalıb. İşinin vurğunu idi, buna görə də həmişə peşəsinə məsuliyyətlə yanaşırdı. Çox zabitəli adam olmasına baxmayaraq, həm də utancaq, abırlı-həyalı insan idi. Hətta filmdə belə bu abır-həyasını qoruyub saxlayırdı. Heç vaxt tərəf müqabilinin gözünün içinə baxmazdı. Elə mənim də. Ələddin kimi aktyorlar yüz ildə bir doğulur”.

Zemfira xanım bir xatirəni də bölüşür: ”Dəli Kür”də bir məqam var, mən onu öpmək istəyirəm, amma o, məni öpmür. Sonradan başa düşdük ki, o, xaraktercə abırlı adam olduğundan belə edibmiş. Heç rejissor da onu məcbur etməzdi, çünki ona hörmətlə yanaşırdılar”.

Qeyd edək ki, aktyor 1922-ci ilin mayın 5-də Gəncədə doğulub.

On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki illik təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb.

Milli kinomuzda “Mən ki gözəl deyildim”də İmran, “Özgə ömrü”ndə ata, “Qatır Məmməd”də Məşədi Göyüş, “Dəli Kür”də Cahandar ağa obrazlarını yaradıb.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR