“Bakı yığması” KVN klubu Rusiyanın Birinci kanalında çıxş edəcək – VİDEO
Bizi izləyin

Magazin1

“Bakı yığması” KVN klubu Rusiyanın Birinci kanalında çıxş edəcək – VİDEO

Rusiyanın Birinci kanalı şən və hazırcavablardan ibarət klublar arasında Premyer Liqanı davam etdirir. Publika.az xəbər verir ki, Premyer Liqada Azərbaycanı “Bakı yığması” təmsil edir.

Sabah, yəni avqustun 8-də Bakı vaxtı ilə saat 22:00-da “Bakı yığması” komandası yarımfinalda çıxış edəcək. Bundan öncə həmyerlilərimiz 3 mərhələni – “Salamlama”, “Hazırlıq” və “Musiqili konkurs” arxada qoyublar.

Xatırladaq ki, bu il Azərbaycan KVN-çilərinin tarixində dirçəliş nəzərə çarpır.

“Bakı yığması”na Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyadakı azərbaycanlıların gənclər təşkilatı və Azərbaycanın Gənclər və İdman Nazirliyi dəstək verir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm