“Natiq” Ritm qrupu konsertə hazırlaşır
Bizi izləyin

Magazin1

“Natiq” Ritm qrupu konsertə hazırlaşır

“Natiq” Ritm qrupu növbəti konsertə hazırlaşır.

Qrupun rəhbəri, əməkdar artist Natiq Şirinov Publika.az-a açıqlamasında bildirib ki, konsertə gərgin hazırlıqlar gedir. Onun sözlərinə görə, bu konsert tam fərqli bir konsert olacaq.

“Bizim hər çıxışımızın özü bir konsertdir. Hər kiçik səhnə üçün həftələrlə məşq edirik. Bu dəfə isə solo konsertimiz olacaq. Uzun müddətdir komanda olaraq bu konsertə hazırlaşırıq. Konsertdə hər kəs yayın ritmini duyacaq”.

Konsert avqustun 14-də Yaşıl Teatrda baş tutacaq.

Qeyd edək ki, “Natiq ritm” qrupu Azərbaycanda keçirilən bir sıra idman və musiqi yarışlarlarında, beynəlxalq müsabiqələrin açılışlarında çıxış edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm