• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sonər Sarıkabadayı Bakıda ilkə imza atacaq

  • Magazin1
  • 14 Avqust 2015 15:15
  • 493 Baxış
Sonər Sarıkabadayı Bakıda ilkə imza atacaq

Sonər Sarıkabadayı Bakıda konsert verəcək.

Publika.az xəbər verir ki, növbəti dəfə paytaxtımızın qonağı olacaq ifaçının sevənləri ilə növbəti görüş yeri Bakı çimərliyi olacaq.

Avqustun 29-u, saat 19.00-da keçiriləcək konsertin təşkilatçısı, prodüser Humay Muxtarova publika.az-a açıqlamasında bildirib ki, müğənni Bakıda bir ilkə imza atmaq niyyətindədir:

“Artıq üçüncü dəfədir ki, Sonər paytaxtımıza gəlir. Lakin bu dəfəki konserti əvvəlkilərdən fərqlənəcək. Belə ki, o, Bakıda ilk dəfə olaraq canlı orkestrlə konsert verəcək. Bunun üçün lazım olan bütün məsələlər həll edilib, müqavilə bağlanılıb”

H.Muxtarova günün proqramını da açıqlayıb:

“Əvvəlcə modellerin çıxışları olacaq. Yarım saatlıq həmin çıxışdan sonra, saat 20:30-da müğənni Yeşim Erçetin çıxış edəcək. Gecə saatlarında isə Sonər orkestrlə səhnəyə çıxıb, mahnılarını ifa edəcək. Ən sonda isə dj Mansurun təqdimatında səhərə qədər diskoteka davam edəcək”.

Konsertdən əvvəl isə türk müğənnisi mətbuat konfransı keçirəcək.

İsa

Xəbər lenti

DAHA ÇOX XƏBƏR