Gülay klipində tərəfmüqabil istəməməsinin səbəbini açıqladı - FOTOLAR
Bizi izləyin

Magazin1

Gülay klipində tərəfmüqabil istəməməsinin səbəbini açıqladı - FOTOLAR

Müğənni Gülay Zeynallı sözləri Qənirə Paşayevaya, musiqisi isə Aynur Adilqızına aid olan "Sevgilim” adlı mahnıya klip çəkdirib.

O, Publika.az-a açıqlamasında bildirib ki, “Sevgilim” adlı həzin mahnısı hələ heç yerdə səslənməyib. Mahnı tamaşaçıya kliplə birgə sentyabr ayında təqdim ediləcək.

Gülay Zeynallının retro tərzində çəkilən yeni klipində tərəfmüqabili olmayacaq. Bunun səbəbini müğənni klipdə süjet xəttini sevmədiyi və sakit bir klip istəməsi ilə əlaqələndirib.

Bir çox müğənnilərdən fərqli olaraq, Gülay Zeynallı yeni klipini yerli rejissora - Samirə Xasməmmədovaya həvalə edib:

“Samirə xanım əjdaha kimi rejissordur, onun işini çox bəyənirəm. Ona görə də xarici rejissorlara müraciət etməyə ehtiyac görmədim”.

G.Zeynallının sözlərinə görə, hazırda həm də albom üzərində çalışır. Müğənninin yeni albomu İstanbulda hazırlanır. Gülay Zeynallı konsert verməyi planlaşdırdığını da söyləyib.

Aytən

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm