Beren Saat qayınanası ilə barışdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Beren Saat qayınanası ilə barışdı - FOTOLAR

Aktrisa Beren Saat ilə qayınanasının münasibətləri yaxşılaşıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beren Saat həyat yoldaşı Kənan Doğulu və qayınanası ilə birlikdə Bodrumda dincəlib. Məşhurlar dəniz kənarında günəş vannası qəbul edən zaman paparassilərin obyektivinə tuş gəliblər.

Kənanın anası Serpil Doğulunun da onlarla birlikdə dincəlməsi gəlinlə qayınana ilə aralarında problem olduğu xəbərlərinin əsassız olduğunu göstərib. Belə ki, onlar uzun saat söhbət ediblər.

Xatırladaq ki, Beren Saatın sosial şəbəkədə paylaşdığı siyasi statusların qayınanası ilə münasibətlərinin pozulmasına səbəb olduğu deyilirdi. Münasibətlərdəki gərginlik o həddə çatıb ki, aktrisa, hətta qayınanasını və qaynı arvadını İnstaqramdakı dostları siyahısından silib. Həmçinin, Kənan Doğulu da anasını instaqramda qara siyahıya salıb.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm