Azərbaycanlı rejissorun ajiotajlı filmi “Rossiya” kanalında - ÖZƏL
Bizi izləyin

Magazin1

Azərbaycanlı rejissorun ajiotajlı filmi “Rossiya” kanalında - ÖZƏL

Bazar ertəsi azərbaycanlı rejissor Fuad Şabanovun çəkdiyi serialın “Rossiya” kanalında nümayişinə başlanacaq.

Qeyd edək ki, serial hələ ekranlara çıxmadan Rusiyada böyük ajiotaj yaradıb. Həmin ölkənin nüfuzlu saytları yazılar dərc etməyə başlayıb.

Rejissor filmlə bağlı Publika.az-a ekskluziv açıqlamasında bildirib ki, “Düşünülməmiş həyat” adlanan serial 16 seriyadan ibarətdir və real hadisələr əsasında ekranlaşdırılıb.1947-ci ildə atası repressiya qurbanı olan və güllələnən bir məşhur aktrisanın həyatından bəhs edir. Hadisələr qəhrəmanın qızının dilindən nəql olunur və canlandırılır. Yekaterina adlı real qəhrəmanın başına gələn hadisələr serialın süjet xəttini təşkil edir.

Filmdə məşhur kino ulduzları olan Pavel Delonq, Andrey Çernışov, Stass Bondarenko, Karina Andolenko, Nonna Qrişeva və başqaları rol alıblar.

Çəkilişlərin əsas hissəsi Sankt-Peterburqda, Bolqarıstanda aparılıb. Filmdə rejissor özü də rol alıb. O, atasının - məşhur azərbaycanlı rejissor Rüfət Şabanovun obrazını canlandırıb.

Qeyd edək ki, uzun illərdir ki, Rusiyada yaşayıb rejissor kimi fəaliyyət göstərən Fuad Şabanov milli kinomuzda xüsusi xidmətləri olan Rüfət Şabanov və xalq artisti, tanınmış aktrisa Elmira Şabanovanın oğludur.

Hazırda "Rossiya" kanalında fəaliyyət göstərən Fuad Şabanovun çəkdiyi filmlər Rusiyada çox məşhurdur.

Publika.az sözügedən serialdan fotoları da təqdim edir:

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm