“Bakı-2015”in qalibi polisə müraciət etdi: “Çox şükür ki...”
Bizi izləyin

Magazin1

“Bakı-2015”in qalibi polisə müraciət etdi: “Çox şükür ki...”

Birinci Avropa Oyunlarının qaliblərindən olan Niyazi Əliyev hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Publika.az xəbər verir ki, idmançı bu haqda sosial şəbəkədə yazıb.

“Xeyli vaxtdır ki, instaqram profilimə oxşar başqa profil açılıb. Yəni saxta profil. Həmin saxta profilin sahibi, mənim adımdan istifadə edən şərəfsiz, insanlara nalayiq sözlər yazıb. Çox şükür ki, bunu vaxtında bildik və bu haqda hüquq mühafizə orqanlarına məlumat verdik. Onlar da araşdırıb və həmin şəxsi tapıb. Və bu haqda artıq ölçü götürülüb”.

Niyazi Əliyevin yazdığına görə, saxta profilin sahibi onun adından xanımlara nalayiq sözlər yazıb.

Qeyd edək ki, Niyazi Əliyev “Bakı 2015”də karate üzrə bürünc medal qazanıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm