Musiqili Teatrda 106-cı mövsümün ilk premyerası - “Qafqazlı qardaşqızı”
Bizi izləyin

Magazin1

Musiqili Teatrda 106-cı mövsümün ilk premyerası - “Qafqazlı qardaşqızı”

Sentyabrın 25-də saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olacaq.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun Publika.az-a verdiyi məlumata görə, teatrın rus bölməsində hazırlanan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubovdur. Rauf Hacıyevin möhtəşəm musiqisi, sevgi və intriqalardan ibarət maraqlı süjeti, düçündürücü, məntiqli yumoru ilə diqqət çəkən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Riqanın, Sankt-Peterburqun, Volqoqradın, Nalçikin musiqili teatrlarında tamaşaya qoyulub. Milli musiqi mədəniyyətimizin klassik nümunələrindən olan bu operetta Əli Usubovun 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğu ilk operetta, quruluş verdiyi ilk səhnə əsəri olub.

Qeyd edək ki, beynəlxalq layihə kimi teatrın tarixinə yazılan tamaşanın quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbaci, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm