• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İntiqam seçkiyə hazırlaşır

  • Magazin1
  • 29 Oktyabr 2015 11:15
  • 420 Baxış
İntiqam seçkiyə hazırlaşır

Nizami Kino Mərkəzində “My name is İntiqam 2 - Moldova” filminin qala gecəsi baş tutdu.

Publika.az xəbər verir ki, oktyabrın 28-də Nizami Kino Mərkəzində “My name is İntiqam” komediya filminin ikinci hissəsinin - “My name is İntiqam 2 - Moldova” qala gecəsi keçirilib.

Rejissor İlham Yaşaroğlunun komediya janrında çəkdiyi “My name is İntiqam 2 - Moldova” filminin ideya müəllifi Fariz Əliyevdir.

Filmin birinci hissəsində bir milyon pul qazanan İntiqam, ikinci hissədə o pulu götürüb Moldovanın paytaxtı Kişinyov şəhərinin meri olmaq üçün namizədliyini irəli sürməyə gedir.

Qala gecəsində jurnalistlərin suallarını cavablandıran Müşviq Şahverdiyev, filmin ikinci hissəsində birinci hissədə olan səhvləri aradan qaldırdıqlarını bildirib:

"Bu gün çox həyəcanlıyam və inanıram ki, "My name is İntiqam 2 - Moldova" birinci filmdən uğurlu alınıb. Bu filmdə Moldova aktyorları da çəkilib və İon Mocano qala gecəsində iştirak edirlər. Bu ekran əsərində ilk filmdə etdiyimiz səhvləri aradan qaldırmışıq. Çünki Azərbaycanda iki ildir ki, kommersiya filmləri çəkilir. Ona görə də, səhvlərimiz ola bilər. Amma 3-4-cü filmlərdə səhvlər aradan götürüləcək. İnşallah, yalnız biz yox, bir neçə komanda hər il Azərbaycan kommersiya filmlərini inkişaf etdirəcək və xarici filmlərə olan tələbatı azaldacağıq. Filmdə ikibaşlı zarafatlar var. Açıq-saçıq səhnələrə gəlincə, bu səhnələr çox deyil. Onu da deyim ki, filmi kinoteatr üçün çəkirik. Kim baxmaq istəsə, gəlib baxacaq. İnanıram ki, film insanların xoşuna gələcək".

Birinci hissədə oynayan sevilən personajlar filmin ikinci hissəsində yenidən rol alıb. Filmdə aktyorlar Müşviq Şahverdiyev, İlkin Misgərli, Ənvər Abbasov, Niftulla Əsgərov və Moldovanın komediya ustası aktyor İon Mocano çəkilib.

İsa Şükürov

FOTO: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR