Magazin1
Orxan Nadirov: "İlhamə Quliyeva ilə münasibətlərimiz korlanmışdı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhum
İ.Quliyevanın oğlu Orxan Nadirov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, M.Hüseynova ilə heç
bir düşmənçiliyinin olmadığını deyib: "Mən Mehriban xanımda heç bir
təqsir görmürəm. Saxta vəsiyyətnamə məsələsini, onlar arasında
səsyazmanı Vüqar Bəkirov mənə dedi. Səsyazmada Mehriban xanım guya
Vüqardan dərman istəyib. İlhamə Quliyevaya isə verilən dərman
vitamin C olub. Daha sonra bu haqda Vüqar mərhum anama bildirdi.
İstintaq dövründə verdiyim ifadə zamanı hirsli olmuşam. İlhamə
Quliyeva rəhmətə gedəndə bəzi nüanslar ortaya çıxdı və hər şey mənə
aydın oldu. Burada zəif bənd Mehriban Hüseynova oldu. Rəhmətlik
İlhamə xanım özündən tez çıxırdı. Anama zəng edəndə telefonumu
açmırdı. İlhamə Quliyeva ilə münasibətlərimiz korlanmışdı".
O.Nadirov ifadəsində bildirib ki, borcla bağlı Binəqədi Rayon Polis İdarəsində onun barəsində cinayət işi açdırmaq istəyiblər: "Vüqar məni şərləmək istəyirdi. Onun mənimlə düşmənçiliyi vardı. Vüqar həbs ediləndən sonra mən çox şeyləri bildim. Lakin əvvəllər o, mənə başqa cür danışırdı. Vüqar həbs ediləndə, onunla bağlı səs yazıları əlimə keçdi. Vüqar bu işi Mehribanın etdiyini deyirdi, amma səs yazısından sonra məlum oldu ki, o, bunu təhrik edib".
O, M.Hüseynovun İ.Quliyeva ilə bağlı olan videogörüntüsü haqda da danışıb: "Vüqar deyirdi ki, Mehriban xanım anamın huşunu itirmək istəyirdi. Vüqar bununla bağlı səs yazısını anama təqdim etdi. İlhamə Quliyeva isə bunu eşidəndən sonra əsəbləşib, Mehriban xanımı evdən qovdu. Həmin videogörüntü mən evə gəlməmişdən əvvəl çəkilib. Mən gələndə artıq hadisə baş vermişdi. İstintaqda qərəzli ifadə vermişəm".
Proses oktyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi
M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun
barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd,
zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə)
maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də
Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs
qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər
saatlarında 73 yaşında dünyasını dəyişib. (report)
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq