Xalq artisitinin oğlunun əmlakına həbs qoyuldu
Bizi izləyin

Magazin1

Xalq artisitinin oğlunun əmlakına həbs qoyuldu

R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib.

Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub.

M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib.

Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı “Kia” markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib.

R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib. (lent.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm