İlkin Həsəni və komandası REKORDA imza atdı - VİDEO
Bizi izləyin

Magazin1

İlkin Həsəni və komandası REKORDA imza atdı - VİDEO

“Axırıncı yol” filmi də baxılan filmlər siyahısında idi.

Atv və “İlk Media”-nın birgə istehsalı olan "Stalinin başı" adlı macəra komediya filmi kinoteatrlarda izlənmə sayına görə, digər filmləri geridə qoyub.

Publika.az xəbər verir ki, bu barədə filmin baş prodüseri və “Şəmi” obrazını canlandıran aktyor İlkin Həsəni məlumat verib. Onun sözlərinə görə, aktyorlar özləri də filmə ailələri ilə birlikdə gedib baxmaq üçün bilet tapmaqda çətinlik çəkib:

“Çoxu bileti bir gün əvvəlcədən almalı olub. Keçən il “Axırıncı yol” filmi də baxılan filmlər siyahısında idi. Lakin etiraf etməliyəm ki, ilk dəfədir belə bir izdihamın şahidi oluruq. Dünən izdiham olduğundan 28 və Gənclik Mallda əlavə gecə seansları da açılıb”.

Qeyd edək ki, filmi gənc rejissor Emil Abdullayev çəkib. Ekran işində İlkin Həsəni ilə yanaşı Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, İlkin Misgərli, Ənvər Abbasov və başqaları rol alıb.

Aytən

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm