Magazin1
"Fədayə Laçın hepatit xəstəsidir və..." - Vəkili müğənni ilə bağlı HƏR ŞEYİ AÇDI
"Fədayə Laçın barəsində yayılan ölüm xəbərləri həqiqətdən uzaqdır. Bu xəbərləri yayanları hüquq qaydasında təqib edəcəyik".
Bu sözləri Publika.az-a açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı deyib.
T.Süleymanlı həmçinin F.Laçının səhhətinin çox da yaxşı olmadığını, lakin yayılan xəbərlərin, məlumatların sensasiya xətrinə uydurulmuş informasiyalar olduğunu deyib:
“Hər hansı şəxs barəsində yalandan ölüm xəbəri yazmaq olmaz. Bu məlumat həkim, müstəntiq və ya Penitensiar Xidmətə istinad edərək verilə bilər. Həmin xəbəri onun ailə üzvlərinin də oxuya biləcəyini düşünmək lazımdır. İnsanlarda yalandan gərginlik yaratmaq doğru deyil.
Hazırda Fədayə xanımın vəziyyəti stabildir. Elə təəssürat yaranmasın ki, idealdır. Lakin özündəngetməsi və digər xəbərlər yalandır. Yataq rejimində deyil, səhhətində hər hansı dəyişiklik yoxdur. Fədayə xanım hepatit xəstəsidir. Onun müalicəsinin həbsxana şəraitində aparılmasının çətin olması məsələsi ilə bağlı da müraciət ediləcək. Çünki bu xroniki xəstəlikdir və müalicəsinin mütəmadi aparılmasına ehtiyac var”.
T.Süleymanlı F.Laçının ev dustaqlığına buraxılması üçün yaxın zamanda müraciət ediləcəyini bildirib:
“Müraciət hazırlanır. Bu həftə yekunlaşmazsa, növbəti həftə təqdim ediləcək. Bu barədə məlumat verəcəyik”.
Gülxar
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi