Magazin1
Litvada "Əli və Nino" filminin təqdimatı olub - FOTO
Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüs şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə Parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.
Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi və onların müstəqil Azərbaycan uğrunda həmrəylikləri təsvir edilmiş filmin Litvada göstərilməsini əlamətdar hadisə adlandırıb və bunu 2010-cu ildə litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.
Dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatı və nar şərabları nümunələri qonaqlara təqdim edilib.
Filmin Litvanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR