
ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti
buraxılışının qonaqlarından biri də Xalq artisti Rafiq Hüseynov
(Rəmiş) və yoldaşı Gülü olub.
Publika.az xəbər verir ki, Xalq artistinin həyat
yoldaşı keçdiyi çətin dönəmlərdən danışıb:
“Elə günüm olub ki, soğanın indi kəsib atdığımız qatını saxlamışam
ki, sabah başqa yeməyə vurum. Pis günlərim olub, valideynim də yox
idi. Qapılarda iş görmüşəm, dövlət işində də işləmişəm. Çalışmışam
ki, heç kimə möhtac olmayım. Sabah deməsinlər ki, Gülüyə çörək
vermişəm, indi qudurub yanımdan düz keçir. Hamballıq da etmişəm,
amma qoymamışam ki, Rəmiş başı aşağı gəzsin”.