Magazin1
7 yaşlı azərbaycanlı qız bütün Rusiyanı HEYRAN QOYDU - VİDEO
Elina Məmmədova adlı 7 yaşlı azərbaycanlı rəqqasə Rusiyanı özünə heyran qoyub.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə Elina Smile ləqəbi ilə məşhurlaşan azyaşlı bloger Rusiyanın Birinci kanalında yayımlanan “Лучше Всех” uşaq verilişində iştirak edib. O, Maksim Qalkinin aparıcılıq etdiyi verilişdə Ranvir Sinqxin mahnısında bir neçə obraz dəyişərək möhtəşəm rəqs nömrələri nümayiş etdirib. Elinanın sözlərinə görə, hind incəsənətinə olan maraq ona nənəsindən keçib.
5 yaşından hind kinosu və rəqsləri ilə maraqlanan Elina Moskvada əsl Bollivud şahzadəsi kimi tanınır.
Hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova balaca rəqqasə ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. O bildirib ki, Elina ona öz uşaqlığını xatırladır:
“Elina Məmmədovanın böyük istedadı qarşısında heyran olmuşam. Bollivud mahnılarına, filmlərinə və rəqslərinə olan həvəs və sevgi mənə uşaqlığımı yada saldı”.
Daha sonra Oksana Rəsulova hər kəsi bu balaca və gözəl qıza dəstək olmağa səsləyib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı