Məlahət Abbasova “İlin ən yaxşı rejissoru” seçildi
Bizi izləyin

Magazin1

Məlahət Abbasova “İlin ən yaxşı rejissoru” seçildi

Xalq yazıçısı Elçin Əfəndiyevin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa Taksim-Bebek Rotary Klubu tərəfindən üçüncü Rotary teatr mükafatına layiq görülüb.


Publika.az-ın məlumatına görə, bu, səhnə tərtibatını əməkdar incəsənət xadimi Məlahət Abbasovanın verdiyi tamaşanın layiq görüldüyü sayca 10-cu mükafatdır.


Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılıç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.


Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi əsəri qardaş ölkədə böyük sürətlə tanıdıb. Tamaşa İstanbulun ən mötəbər teatr səhnələrində maraqla baxılır. Təkcə ötən il tamaşada oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatını alıb. Tamaşanın musiqilərinin müəllifi Aygün Səmədzadədir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm