Depressiyaya meyilli insanlar üçün ən faydalı qidalar
Bizi izləyin

Magazin1

Depressiyaya meyilli insanlar üçün ən faydalı qidalar

Ətraf mühit, gərgin iş rejimi və ya ailəvi problemlər, stress depressiyanın əsas səbəbidir. Alimlər gün keçdikcə depressiyaya düşən insanların sayının sürətlə artdığını bildirirlər. Bunu nəzərə alan Publika.az depressiyaya meyilli insanlar üçün ən faydalı qidaları araşdırıb.

Çarəni dərmanlarda deyil, aşağıdakı qidalarda axtarın!

Dəniz duzu

Yeməklərə adi duz əvəzinə dəniz duzu əlavə etmək əhvali-ruhiyyənizin yaxşılaşması üçün lazım olan mineralları almağınızı təmin edəcək.

Çərəzlər

Qoz, fındıq, badam, günəbaxan və qabaq tumu kimi çərəzlər orqanizmin bol miqdarda serotonin hormonu istehsal etməsinə səbəb olur. Bu da özünüzü xoşbəxt hiss etməyinizə gətirib çıxarır.

Pomidor

Pomidorun tərkibindəki likopen stressi azaldır. Likopen əsasən pomidorun qabığında olur. Ona görə də pomidoru qabıqlı yemək lazımdır.

Qəhvəyi düyü

B1, B3 vitaminləri və fol turşusu ehtiva edən qəhvəyi düyünün qlisemik indeksi olduqca aşağıdır.

Tərkibindəki maddələr yaxşı əhval-ruhiyyə üçün böyük əhəmiyyət kəsb edir. Yağları parçaladığı üçün arıqlamaq istəyənlər də rahatlıqla yeyə bilərlər.

Bənövşəyi kartof

Ağ, adi kartofdan 10 dəfə daha çox antioksidant ehtiva edən bu tərəvəz stressi azaldır.

Kartofun qabığında bol miqdarda yod var. Yod tiroid hormonlarının səviyyəsini nizamlayaraq əhval-ruhiyyənizin korlanmasına maneə olur. Kartofu közdə və ya sobada qabıqlı şəkildə bişirərək yeməyiniz məsləhətdir.

Banan

Bananda “triptofan” adlı xüsusi maddə var. Bu maddə orqanizmin serotonin hormonu istehsal etməsinə dəstək olur. Meyvənin tərkibindəki kalium isə stresslə mübarizə aparır.

Omeqa-3

Omeqa- 3 yağ turşuları serotonin hormonunun səviyyəsini yüksəldir. Bu yağla zəngin olan balıq, qoz və kətan toxumundan bol-bol istifadə edə bilərsiniz. Əgər depressiyaya meyilli olduğunuzu hiss edirsinizsə, həftədə 3 dəfə balıq yeyin, gündə bir dəfə isə 1 xörək qaşığı kətan toxumu qəbul edin.

Su

Su depressiyanın qarşısını alan ən yaxşı vasitədir. Kifayət qədər su içmədikdə zehni və fiziki yorğunluq baş verir. Gündə ən az 10-12 stəkan su içməlisiniz.

Süd və süd məhsulları

Süd və süd məhsulları da eynilə banan kimi triptofan ehtiva edirlər. Bu maddə depressiyaya qarşı çox təsirlidir.

Toyuq və hind quşu əti

Toyuq və hind quşu əti də triptofan mənbəyidir. Serotonin hormonunun daha çox istehsal edilməsi üçün bu maddənin rolu əvəzsizdir.

Yumurta

Yumurta serotonin hormonun istehsalı üçün lazımlı olan turşular və yağlarla zəngindir.

Şokolad

Şokoladın tərkibindəki maddələr beynin müəyyən hissələrinə təsir edərək özünüzü daha xoşbəxt hiss etməyinizə səbəb olur. Tünd şokolad yeməyiniz məsləhətdir.

İspanaq

Bu tərəvəz fol turşusu baxımından zəngindir. Fol turşusu əskik olduqda orqanizm serotonin istehsal etməkdə çətinlik çəkir.

Odur ki, depressiyadan əziyyət çəkmək istəməyənlər həftədə ən az 3-4 dəfə ispanaq yeməlidirlər.

Şəfalı bitkilər

Çobanyastığı, adaçayı, kəklikotu, kimi şəfalı bitkilərin çayları insanı rahatlaşdırır və stress atmağa kömək edir.

Soya

Soya da stressin azalmasında və xoşbəxtliyin əsas mənbəyi olan serotonin hormonunun daha çox istehsal edilməsində əhəmiyyətli rol oynayır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm