Xuraman Şuşalı ailə həyatının onu necə dəyişməsindən danışdı
Bizi izləyin

Magazin1

Xuraman Şuşalı ailə həyatının onu necə dəyişməsindən danışdı

Müğənni Xuraman Şuşalı karyerasını üstün tutub, övladlarına dayə tutan analardan danışıb. ATV telekanalında qonaq olan müğənni etiraf edib ki, yenicə ana olanda o da eyni addımı atıb:

“Xanımlarımız var ki, uşağı olduqdan sonra işə çıxır 350 manat əmək haqqı alır və həmin pulu dayəyə verir ki, uşağına baxsın. İstərdim elə xanımlar heç olmasa 3 yaşa qədər uşaqları ilə məşğul olsunlar. Dayəyə verdiklərini qazanmasınlar və özləri uşaqlarına baxsınlar. Mən özüm də işləmişəm. Birinci övladım dünyaya gələndən 1 həftə sonra mən artıq toylara, proqramlara çıxdım, hətta Dağıstana da getdim. Amma indi düşünürəm ki, uşaq üçün ana südü daha önəmlidir. Ailəni kişi dolandırmalıdır. Getsin 2 sutka işləsin, yatmasın, ancaq ailəni saxlasın”.

Müğənni ailə qurmazdan əvvəl gecə həyatına üstünlük verdiyini də söyləyib:

“Ailə qurmazdan əvvəl günüm axşam saat 6-da başlayırdı. İş qurtarandan sonra hardasa gedib oturmaq istəyirdik. Ailə qurduqdan sonra hər şey dəyişdi. Subay olanda rəhmətlik anam evdə idi və düşünürdüm hər şeyi o edəcək. Biz gedib stress atıb sonra evə gəlirdik. Ailə qurdum, övladım oldu və həyatımda hər şey dəyişdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm