• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gerçək tarixi əks etdirən kitablar təqdim olundu - FOTOLAR

  • Magazin1
  • 23 Aprel 2015 12:25
  • 588 Baxış
Gerçək tarixi əks etdirən kitablar təqdim olundu  - FOTOLAR

Azərbaycan Dillər Universitetində Mirmövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və milli məclisin deputatı Musa Qasımlının “Erməni məsələsindən erməni soyqırımına: Gerçək tarix axtarışına (1724-1920)” nəşr olunmuş kitabların təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, milli məclisin deputatları, universitet rektorları, tanınmış jurnalistlər və professorların iştirak etdiyi təqdimat mərasimində öncə Dillər Universitetinin tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov giriş ilə çıxış edib.

O, yeni çap olunan kitabların əhəmiyyətindən danışıb.

Daha sonra ingilis dilindən tərcümə kaferdrasının dosenti Fiyalə Abdullayeva Mirmövsün Nəvvabın “1905-1906-cı illərdə erməni müsəlman davası” kitabının əhəmiyyətini vurğulayıb. O, çıxışında qeyd edib ki, bu kitabların ingilis dilində nəşr olunması saxta erməni soyqırımının dünyaya çatdırılmasında böyük rol oynayacaq. Daha sonra milli məclisin deputatı, əməkdar jurnalist Sahib Əliyev kitablar barədə fikirlərini bölüşüb. O, bu kitabların ingilis dilində çap olunmasının xüsusi əhəmiyyəti bildirib. Qeyd edib ki, bu kitablar mühüm bir ərəfədə işıq üzü görüb.

“Sabah Türkiyə Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Eyni zamanda, ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd edir. Bu təqdimatlar ona görə önəmlidir ki, ermənilərin saxta soyqırımı siyasəti bütün dünyada pislənəcək və əsl həqiqətlər üzə çıxacaq. Bu kitablar arxiv materialları əsasında yazılmış kitablardır. Müxtəlif ölkələrin arxivlərin istifadə olunub. Hər kəs bilir ki, ermənilər saxta soyqırımı ilə özlərinə haqq qazandırmaq istəyir. Bunu da bilirik ki, ermənilər arxalarında ancaq Rusiyanın gücünü hiss edirlər. Amma Rusiya ermənidən bir alət kimi istifadə edir”.

Təqdimat mərasimindən sonra ASAN Xidmətin sifarişi ilə hazırlanmış “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimatı olacaq. Əməkdar artist Sevda Ələkbərzadə “Çanaqqala türküsü”nü ifa edəcək.

Qeyd edək ki, layihənin rəhbəri AYİB-in üzvü Cəlal Qurbanovdur.

Cəvahir

İsa Şükürov

Foto:Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR