Magazin1
Flora Kərimovadan İlhaməyə sərt sözlər
Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirib.
Belə ki, müğənni “A-dan Z-yə” verilişinin qonağı olarkən F.Kərimova
ilə bağlı xoş sözlər söyləyib. Onun sənətinin, səs diapazonunun
böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə
olmadığını və ona Allahdan can sağlığı arzu etdiyini bildirib.
Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım
müğənnilərin barışacağı güman edilirdi.
Axşam.az-n məlumatına görə, xalq artisti Flora Kərimova bu barədə
musavat.com-a açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki,
barışıq haqda edilən gümanlar yersizdir:
“Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma
verdiyi qiyməti də “siyasi oyun” adlandırıram.
Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq
istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona
əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm. Mən fikrini, yolunu
dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam
və bundan sonra da inanmaram.
İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən
uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı
ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: “İlhamə bəsdir,
yetər bu oyunlar!”.
Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox
sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb.
Flora Kərimova bu barədə də danışıb:
“Zümrüd balaca olanda daş-qaşa meyilli uşaq idi. İlhamə Quliyeva da
efirə, səhnəyə həmişə alabəzək daş-qaşlarala çıxdığından qızımın
ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub.
Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?”.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq