Lider telekanalı "Mən gəlirəm"lə teleməkana səs saldı - FOTOLAR
Bizi izləyin

Magazin1

Lider telekanalı "Mən gəlirəm"lə teleməkana səs saldı - FOTOLAR

Lider telekanalı maraqlı bir layihəyə start verib. “Mən gəlirəm” adlı layihə sayəsində Azərbaycanın müxtəlif bölgələrində hər həftə 2 məşhur müğənninin konsert baş tutacaq.

Verilişin qaydalarına əsasən, proqrama bir səbəbkar müğənni və 2 dəstək müğənni qonaq olur. Dəstək olan müğənnilər püşkatma yolu ilə bölgələri seçir. Bundan sonra 3 müğənni canlı ansamblın ifasında mahnı oxuyaraq SMS yarışına başlayır. Ən çox SMS toplayan bölgə hansı olsa, həftə ərzində həmin bölgədə konsert təşkil olunacaq.

Bu həftə baş tutan verilişin səbəbkarı Nazim Pişiyarı, yarışan müğənnilər isə Fədaya Laçın və əməkdar artist Teyyub Aslanov idi. Musiqiçiləri “Kainat” instrumental ansamblı müşayiət edirdi. Püşkatma nəticəsində Fədaya Laçına Quba, Teyyub Aslanova isə Gəncə şəhəri düşdü. Gərgin keçən SMS səs verməsində sona kimi Quba üstünlük təşkil etdi. Və sonda Quba 66,17 faiz səs üstünlüyü ilə qalib gəldi.

Qeyd edək ki, “Mən gəlirəm” verilişi həftənin bazar ertəsi günü saat 21:30-da Könül Yusifqızının təqdimatında Lider kanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm