Tanınımış aparıcı arıqlayıb bu hala düşdü – FOTOLAR
Bizi izləyin

Magazin1

Tanınımış aparıcı arıqlayıb bu hala düşdü – FOTOLAR

Tanınmış aparıcı və Yuğ Dövlət Teatrının aktrisası Zümrüd Qasımova xeyli arıqlayıb.

Publika.az-a danışan aparıcı bununla belə hələ də xarici görünüşü ilə bağlı istədiyi nəticəni əldə edə bilmədiyini deyib:

“Gördüyünüz kimi, əməlli-başlı incə-mincə qız olmuşam. Buna pəhriz vasitəsi ilə nail olmuşam. Hətta bəzi köhnə paltarlarımı daraldıb geyinirəm. Çəkim 64 kilo idi. İndi 57 kiloyam. Amma hələ də istədiyim görünüşü əldə etməmişəm. Hədəfim “52”dir. Bundan arıq olmaq istəmirəm, çünki mənə yaraşmır”.

Zümrüd Qasımova rasionundan çıxardığı qidalardan da danışıb:

“Çörəkdən birdəfəlik imtina etmişəm. Çox az yeyirəm. Gündə iki litr adi, bir litr qazlı su içirəm. Gecələr qatıq, keşniş, kərəviz suyu içirəm ki, aclıq hissimi öldürüm. Tərəvəzlərə üstünlük verirəm”.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm