Elnur Türkiyə türkcəsini hansı serialı izləyərək öyrənib?
Bizi izləyin

Magazin1

Elnur Türkiyə türkcəsini hansı serialı izləyərək öyrənib?

Ölkəmizi “Eurovision” musiqi yarışmasında təmsil edən müğənni Elnur Hüseynov Türkiyədə promo turunu uğurla davam etdirir. Publika.az xəbər verir ki, ard-arda bir neçə televiziya verilişinə qatılan təmsilçimiz, Sedef İybarın aparıcılıq etdiyi “Sedefli Lezzetler” proqramının da qonağı olub.

Verilişdə aparıcının diqqətini müğənninin Türkiyə türkcəsində qüsursuz danışması cəlb edib. “Türkcəni bu qədər gözəl necə öyrənmisən?” - sualına Elnur Türkiyənin ən reytinqli teleserialı olan “Möhtəşəm Yüz il”i izləyərək”, – deyə cavab verib.

“Kitab oxumaqdansa, dili danışaraq öyrənməyi daha çox sevirəm. Serial dublyaj edilsə də, “Möhtəşəm Yüz il”i ancaq türk dilində izlədim və türkcəmi onun sayəsində inkişaf etdirdim”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm