Xalq artisti arıqlayıb çöpə döndü- FOTO
Bizi izləyin

Magazin1

Xalq artisti arıqlayıb çöpə döndü- FOTO

Tədbirlərin birində fotokameramıza tuş gələn xalq artisti Gülyanaq Məmmədova incə görünüşü ilə diqqət çəkib. Maraqlıdır, üç uşaq anası olan Gülyanaq bu çəkiyə necə sahib ola bilib? Sənətçi Publika.az-a sirlərini açıqlayıb:

“Əslində mən elə qızlıq vaxtımdan arıq, incə qız olmuşam. Baxmayaraq ki, yeməyimə də heç vaxt korluq vermirdim. Sonradan dalbadal dünyaya övladlar gətirdim, təbii olaraq kökəldim. Bir sənət adamı olaraq bu məni çox narahat edirdi, buna görə də, başladım yeməyimə fikir verməyə. İndi çox yemirəm. Lazım olanda ət də yeyirəm, çörək də. Amma axşamlar yeməyimi dayandırmışam. Bir də çox hərəkət edirəm. Düşünürəm ki, qəbul etdiyim kalorini yandırmaq üçün mütləq hərəkət etməlisən. İndi də ki, maşallah hər şey əlinin altında, paltarı əllə yumuruq, evi əllə süpürmürük. Buna görə də mütləq vaxt tapıb gəzintiyə çıxıram, yürüş edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm