Magazin1
İngiltərədə Əzizə Cəfərzadənin kitabı nəşr olundu
Böyük Britaniyada Azərbaycanın görkəmli yazıçısı, tarixi
romanlar müəllifi Əzizə Cəfərzadənin “Anamın nağılları” kitabı nəşr
olunub. Bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk
kitabıdır.
Publika.az-ın məlumatına görə, nəfis tərtibatla çap olunan
kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa
İbrahimova tərcümə ediblər.
Əsərin ingiliscə mətni Betti Blair (ABŞ) və Michael Brannok
(İngiltərə) tərəfindən redaktə olunub. Kitaba Bakı Dövlət
Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova
ön söz yazıblar.
“Anamın nağılları” silsilə yazıları Əzizə Cəfərzadənin bədii
yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər müəllifin anasının
vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qələmə
alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən
ibarətdir.
Müəllif əsərdə nağıl üslubunu saxlayıb, yazdıqlarını özünəməxsus
tərzdə təqdim edib.
İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan “Anamın masalları” kitabı
Türkiyədə də işıq üzü görüb.
Cəvahir
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."