Alim Qasımov Şamaxıda Şeyxə qonaqlıq verdi – ÖZƏL
Bizi izləyin

Magazin1

Alim Qasımov Şamaxıda Şeyxə qonaqlıq verdi – ÖZƏL

Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyliyə Şamaxıda qonaqlıq verib. Şeyxin ad günü münasibəti ilə verilən qonaqlıq Şamaxıda çoban qışlağında təşkil olunub.

Bu barədə Publika.az-a danışan Əbdül Mahmudbəyov həyatında belə ad günü keçirmədiyini bildirib: “Yaxın dostum Alim Qasımov mənə sözün əsl mənasında sürpriz etdi. Şamaxıda çobanların məskunlaşdığı qışlaqda dostlarımızla ad günümü qeyd etdik. Fərqli bir ad günü oldu. Bir tərəfdə qoyun sürüsü mələşirdi, bir tərəfdə itlər hürürdü. Çoban dəyələrinin əhatəsində özümüzü dərvişlər kimi hiss edirdik. Qurşağacan gül-çiçəyin içində süfrə açdıq, pendir, dələmə, axırda da çoban bozartması yedik. Hələ belə romantik ad günüm olmamışdı. Yeyib-içəndən sonra qışlaqdakı hündür dağa dırmandıq. 72 yaşımda o dağa hamıdan birinci mən qalxdım və sübut etdim ki, əsas olan bioloji yaş deyil, insanın ruhunun yaşıdır. Sağ olsun Alimi, hesabı da o verdi. Sevinirəm ki, həyatımda belə ruhu təmiz, saf dostlarım var”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm