Magazin1
Bacısı Nuri Sərinləndirici üçün qız tapdı və... - FOTOLAR
Müğənni Nuri Sərinləndirici yaxın günlərdə pərəstişkarlarını yeni mahnısı və klipi ilə sevindirəcək. Sevilən ulduz rus dilində yazılan "Ya, ya, ya” (Mən, mən, mən) adlanan mahnısını bu dəfə də dəyişilməz duet ortağı Ceyn Şirokinlə birgə ifa edib.
Real hitə namizəd olacaq mahnının klip çəkilişləri haqda Publika.az-a Nurinin yaradıcı layihələrinə rəhbərlik edən tanınmış teleaparıcımız Lamiyə Ələkbərqızı məlumat verib: "Əminliklə deyə bilərəm ki, sözləri İkram Əliyev, musiqisi Rəşad Bağırova məxsus olan mahnı bu yayın ən qaynar hitləri sırasında öz yerini tutacaq. Ritmik duet görüntü baxımından yay ab-havasını tələb etdiyi üçün komanda olaraq qərar verdik ki, çəkilişlər Birləşmiş Ərəb Əmirliklərindən aparılsın. Yaradıcı heyət Rusiyadan birbaşa Dubaya səfər etdi. Ekran işinin süjet xətti var. Ailəvi dostumuzun övladı olan Ayla həm mahnıda üçüncü ifaçı kimi öz səs imkanlarını üzə çıxardı, həm də Nurinin bacısı rolunda kameralar qarşısına keçdi. Süjet xəttinə görə Nuri və Ceyn bir məhəllədə yaşayan iki qonşu obrazını canlandırırlar. Ayla da israrla istəyir ki, qardaşı qonşu qızına aşiq olsun. Və istəyinə çatmaqdan ötrü bütün imkanlarını səfərbər edir. Hətta klipdə elə kadrlar var ki, o, Nurini geyimdə olmasına baxmayaraq hovuza belə itələyir. Tam detalları açıqlamaq istəmirəm, onu bilin ki, klipin sonunda bacı qardaşını fikrini müsbətə doğru dəyişməyə müvəffəq olur".
Lamiyə xanım onu da əlavə etdi ki, Nurinin iyun ayının ortalarında üzə çıxaracağı ekran işi Rusiyanın bir neçə musiqi telekanallarında nümayiş olunacaq. Məhz buna görə yaradıcı heyət rus dilində oxunan mahnıya klip çəkməyə üstünlük veriblər.
Söhbət əsnasında öyrəndik ki, müğənninin yenilikləri bununla da tamamlanmır. Yay fəsli boyunca N.Sərinləndirici 10-a yaxın yeni mahnısını lentə aldırmaqdan ötrü istirahət demədən gününü səsyazma studiyalarında keçirəcək. Yeni mahnılardan ikisinin söz müəllifi millət vəkili Qənirə xanım Paşayevadır. Bəstəkar Aynur Adilqızının bəstələdiyi bu mahnılarla yanaşı, müğənni həm də skripka ifaçısı Zamiqin yazdığı mahnını sevənlərinin ixtiyarına verəcək. Ondan da xəbəriniz olsun ki, tələbatlı müğənni payız aylarında paytaxtımızda möhtəşəm konsert proqramı ilə çıxış etməyi də qarşısına məqsəd qoyub.
İsa Şükürov
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO