Xalq artistindən illər sonra etiraf: “Bizi öpüşməyə qoymurdular”
Bizi izləyin

Magazin1

Xalq artistindən illər sonra etiraf: “Bizi öpüşməyə qoymurdular”

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova bugünkü tamaşaçının açıq-saçıq səhnələrdən bezdiyini və belə filmlərə marağın getdikcə azaldığını deyib.

Fikirlərini Publika.az-la bölüşən xalq artisti keçmişi xatırlayıb: “Bu gün dəb halını alıb, filmlərdə mütləq açıq-saçıq səhnələrdən istifadə olunur ki, tamaşaçı cəlb etsinlər. Həmin səhnələr o qədər bayağı xarakter alır ki, tamaşaçını da bezdirir. Əvvəllər kütləvi şəkildə erotik səhnələrə maraq vardısa, indi vəziyyət dəyişib. Tamaşaçını daha açıq-saçıq səhnələrlə cəlb etmək mümkün deyil. Çünki internet əsrində yaşayırıq və istənilən insan özünə lazım olan filmi izləyə bilir. Amma sovet dönəmində başqa cür idi. Açıq-saçıq filmlər xaricdən gətirilirdi və özü də çox baha qiymətə satılırdı. Erotik filmlər nümayiş olunanda kütlə içəri daxil olmaq üçün kinoteatrın pəncərələrini sındırırdılar. Amma Azərbaycan kinosunda nəinki erotikaya icazə verilmirdi, bizi heç öpüşməyə belə qoymurdular”.

Aktrisanın sözlərinə görə, həmin filmlər yalnız kino işçiləri üçün nümayiş olunurdu. Özü də qapalı məkanda: “Biz kino işçilərini yığıb həmin filmləri Kinomatoqrafçılar İttifaqında göstərirdilər. Məqsəd də bu idi ki, dünya kinosunda belə səhnələr çəkilir. Təcrübə baxımından biz həmin filmlərə baxırdıq, amma belə filmlər çəkilmirdi. Sovet dönəmində “seks” sözünə qadağa vardı. Bağışlayın məni, bizim nəsil “homoseksual”, “lezbiyanka” ifadəsini sovetlər dağılandan sonra eşidib. Amma bugünkü filmlərdə açıq səhnələr nə qədər istəsən, var. Elə çox olduğu üçün də maraqsızlaşıb. Düşünmürəm ki, hansısa kinoteatrda belə filmlərə görə pəncərə sındırsınlar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm