Xalq şairinə gözlənilməz hədiyyə: “Zəng edib dedilər ki...”
Bizi izləyin

Magazin1

Xalq şairinə gözlənilməz hədiyyə: “Zəng edib dedilər ki...”

Xalq şairi İlyas Tapdıqdan xəbər var. Belə ki, səhhətində problemlər yaşayan şair sürprizlə qarşılaşıb. Onun haqqında yeni kitab işıq üzü görüb.

Bu barədə Publika.az-a şair özü məlumat verib: “Zəng edib xəbər verdilər ki, 80 illiyimə hədiyyə olaraq yeni kitab işıq üzü görüb. “İlyas Tapdıq 80” adlı kitabda yeni şeirlərim, haqqımda yazılan məqalələr yer alıb. Kitab Firudin Köçərli adına Kitabxana tərəfindən nəşr olunub. Elə birinci kitabı da mənə hədiyyə etdilər. Elə bil dünyanı mənə bağışladılar. Yaradıcı insan üçün bundan böyük xoşbəxtlik nə ola bilər ki…”

Xalq şairinin səhhəti ilə də maraqlandıq.

Hələ də yorğan-döşəkdə müalicə aldığını deyən İlyas Tapdıq sağalmaq ümidini üzmür: “Həkimlər yenidən iynə-dərman yazdılar, çünki sağalmamışam. Bu xəstəlik məni çox darıxdırır. Özümə gəlsəydim, çölə-bayıra çıxardım, eynim açılardı”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm