Magazin1
İran filminə dəvət alan azərbaycanlı aktrisa: “İran xanımlarına oxşayıram”
Əməkdar artist Xalidə Qasımova iranlı rejissordan dəvət alıb.
Bu barədə Publika.az-a danışan aktrisa filmin Qarabağ mövzusuna həsr olunduğunu bildirib: “Qarabağ haqqında bədii filmi İranın tanınmış rejissoru Həsən Nəcəfi çəkəcək. Bu, Nəcəfinin filmində çəkiləcəyim üçüncü film olacaq. Bundan öncə həmin rejissorun iki bədii filmində baş rola çəkilmişəm. Hələ ki, çəkilişlərə start verilməyib”.
Maraqlıdır, aktrisa iranlı rejissorun diqqətini nəylə cəlb edib ki, onu üçüncü dəfədir filmə dəvət edib?
İranlı rejissorların hər əcnəbi aktrisanı rola dəvət etmədiklərini deyən Xalidə Quliyeva bunu bir neçə səbəblə əlaqələndirib: “Həmin rejissor tanıyıb, qabiliyyətinə bələd olduğu aktrisalarla işləyir. İranda filmə çəkilmək asan iş deyil. Burda aktrisanın xarakteri də önəm daşıyır, hətta onun küçədə özünü necə aparması da şərtdir. İranlı rejissorlar nizam-intizamı çox xoşlayır. Həm də zahirən iranlı xanımlara oxşamağım da görünür Nəcəfinin diqqətini çəkib ki, üçüncü dəfə məni filmə dəvət edib”.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR