Çəkdirdiyi bulaqdan su gəlmədiyi deyilən Elnarə: “Ayıbdır” - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Çəkdirdiyi bulaqdan su gəlmədiyi deyilən Elnarə: “Ayıbdır” - AÇIQLAMA

Elnarə Abdullayevanın Qobustan rayonuna çəkdirdiyi bulaqdan su gəlməməsi barədə mətbuatda yayılan söz-söhbətlər müğənnini əsəbiləşdirib.

Publika.az-a açıqlama verən xanım sənətçi yazılanların həqiqətə uyğun olmadığını bildirib:

“Mən kəndimizə Allah rizası üçün su çəkdirdim. Bunu mətbuatda müzakirə etməyin yeri yoxdur. Bulaqdan su gəlməməsi barədə yayılan xəbər də gülməlidir. Sadəcə onu demək istəyirəm ki, orda bir su borusu çəkilməyib ki, suyu quruya. Orda hələ son tamamlanma işləri aparılır. Peşəkar jurnalistlərə demək istəyirəm ki, mətbuatda belə yalan, gülünc xəbərə vaxt sərf etməsinlər. Ayıbdır”.

Xatırladaq ki, Elnarə xanım bulağın çəkilməsinə 200 min manat pul xərcləyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm