Aşıq Telli skripka çaldı
Bizi izləyin

Magazin1

Aşıq Telli skripka çaldı

Aşıq Telli bu gün “Əsl şou” verilişinin qonağı olub. Ard-arda şeirlər deyən Telli xanım, verilişin aparıcısı Səidə Sultanın xahişini yerə salmayaraq skripkada ifa edib. Lakin skripkanı ələ almazdan əvvəl sazda mahir musiqi ifa edən aşıq tərəddüd edib.

“Skripkada sazda olan pərdələr yoxdur. Bilmirəm, bəlkə də, çala bilərəm”.

Aşığın skripkada ifası məzəli anlarla yadda qalıb və tamaşaçıların gülüşünə səbəb olub.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm