Rəqqasə Fatimə: “Buna görə anamla qızım məndən inciyirlər”
Bizi izləyin

Magazin1

Rəqqasə Fatimə: “Buna görə anamla qızım məndən inciyirlər”

Rəqqasə Fatimə iş-güc əlindən istirahətə vaxt tapa bilmir. Publika.az xəbər verir ki, telekanallardan birində qonaq olan rəqqasə həm kişi, həm qadın işlərini gördüyündən danışıb. Elə bu səbəbdən nəinki darıxmağa, hətta istirahətə də vaxtının qalmadığını bildirib. Ancaq bu yay ailəsi ilə birlikdə istirahət etməyi qarşısına məqsəd qoyub:

“Darıxmağa vaxtım olmur. Çox çalışqan insanam. Ayda yarım gün istirahət etmək imkanım olur. Onu da öz balalarımla keçirirəm. Başqa cür alınmır. Hər şey mənim üzərimdədir. Nə edirəmsə, övladlarım üçün edirəm. Əslində, istirahətə böyük ehtiyacım var. Bu gün səhər verilişə gələndə güzgüyə baxıb deyirəm ki, axı mən nə qədər makiyaj edəcəyəm. Artıq yay aylarıdır. Ümid edirəm ki, harasa qaçacağam”.

Rəqqasə nə vaxtsa səhnədən gedəcəyini düşünəndə çox pis olduğunu da etiraf edib.

“Səhnəyə çıxanda sərbəstliyi unuduram. Fərq etməz, hansı rəqsi edirəm. Rəqs edərkən ayrı aləmdə oluram. Heç tamaşaçını belə görmürəm. İstər böyük səhnə olsun, istər məclis, istərsə də efir. Rəqs zamanı ancaq işıqları görürəm. Mənə deyəndə ki, nə vaxtsa, rəqsdən uzaqlaşacaqsan, bunu gözümün qabağına gətirə bilmirəm. Axı, bu necə olacaq?! Təəssüflər olsun ki, yavaş-yavaş getmək lazımdır. Məclislərdə təkcə rəqs etmirəm, həm də aparıcılıq edirəm. Çoxlu enerji itirirəm. Buna görə də evə girəndə artıq sönürəm. Evdəkiləri eşitmirəm. Buna görə də anamla qızım məndən inciyirlər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm