Kişilərsiz yaşaya bilməyən Aygün: ”Çünki mən…” - FOTOLAR
Bizi izləyin

Magazin1

Kişilərsiz yaşaya bilməyən Aygün: ”Çünki mən…” - FOTOLAR

Ötən gün xalq artisti Aygün Kazımova modelyer Leyla Əhmədova ilə birgə yeni klubun açılışını ediblər. Publika.az xəbər verir ki, müğənni açılışı reallaşan klubla bağlı bunları deyib:

“By LA” “Leyla Əhmədova” və ya “Leyla Aygün” deməkdir. Ürəyiniz necə istəyirsə, elə də qəbul edin. Artıq 17 ildir ki, biz dostuq. Leyla Əhmədova hər zaman Zeynəb Xanlarovanın konsertində onun paltarlarını tikib. Leyla xanımın çox özəllikləri var. Bu səbəbdən biz 17 ildir bərabərik. Bu gün Leyla xanımın 13 il ərzində əmələ gələn kolleksiyasını görəcəksiniz. Həmin kolleksiyanın adı ”Azərbaycan” adlanır. Leyla xanım çox çalışdı ki, məkan Avropa Oyunlarından öncə açılsın. Leyla xanımın əl işləri muzeydə qalacaq eksponatdır. Onların hər biri tarixə düşəcək. Mən qıymıram onları geyinməyə. Leyla xanım çox tələbkar insandır. O, millimetrə belə önəm verir. Leyla xanım haradadırsa, mənim məkanım oradadır”.

Klub xanımlar üçün nəzərdə tutulub. Ancaq Aygün Kazımova kişiləri də özünəməxsus şəkildə məkana dəvət edib:

“Bura xanımlar klubudur. Bütün xanımlarımızı dəvət edirik. Kişilərimiz də gələ bilər. Mən kişiləri başqa otaqda gizlədərəm. Mən saç ustalarından xahiş edərəm onlar kişilərimizə də xidmət edərlər. Əziz kişilərimiz, siz səhnə arxasında qala bilməzsiniz. Harada mən varamsa, orada mütləq kişilər olmalıdır. Mən kişilərsiz yaşaya bilmərəm. Mənim əhatəm ancaq kişilər olmalıdır. Kişilərin əhatəsində, cəmiyyətində mən özümü əsl xanım kimi hiss edirəm. Onların sevgisi və alqışı məni, doğurdan da, yaşadır. Çünki mən əsl qadınam”.

İsa Şükürov

FOTO: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm