Gülyanaq: “Bacılarım olmasa, bataram”
Bizi izləyin

Magazin1

Gülyanaq: “Bacılarım olmasa, bataram”

Xalq artisti Gülyanaq Məmmədovanın başı nə qədər yaradıcılıq işlərinə qarışsa da, evini, uşaqlarını diqqətdən kənarda qoymur. Amma o, bütün bu işlərin öhdəsindən təkbaşına gəlmir.

Publika.az-a açıqlama verən xalq artisti mətbəxlə arasının saz olmadığını deyib: “Yalan nə deyim, hər gün mətbəxdə olmuram. Yalnız vaxtım olanda yemək bişirirəm. Bacılarım olmasa, bataram. Sağ olsunlar, ev işlərində və uşaqlarımı böyütməkdə həmişə mənə kömək ediblər. Çünki sənət elədir ki, insanın vaxtını çox alır. Gah qastrol səfərlərində oluruq, gah tədbirlərdə, gah da teatrda tamaşada oynayırıq. Çəkilişlər, verilişlər, pedaqoji fəaliyyət-bütün bunlarla yanaşı ev işlərinin də öhdəsindən məharətlə gəlmək çox çətindir. İmkan daxilində vaxtımı düzgün bölməyə çalışıram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm