Elza Seyidcahan başında məşəl daşıdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Elza Seyidcahan başında məşəl daşıdı - FOTOLAR

Əməkdar artist Elza Seyidcahanın ideyaları tükənmir. Cilddən cildə girən ifaçı-bəstəkar bu gecə “Azərbaycanın səsi “ yarışmasında başında alov münsiflik edib. Etiraf etmək lazımdır ki, ifaçının geyimləri yarışmadan və yarışma iştirakçılarından çox müzakirə olunur. Seyidcahanın başında alov çıxmasını isə o, Avropa Oyunları ilə əlaqələndirib.

“Bilirsiniz ki, 60 gün Avropa Oyunlarının məşəli bütün Azərbaycanı qarış-qarış gəzdi. Mənim üçün həmin məşəl başımın tacıdır. Bu səbəbdən istədim ki, Azərbaycanın dövlət rəmzi olan Azərbaycan bayrağı paltarımı geyinim və başımda məşəl olsun. Düzdür, bir çoxu bunun təhlükəli olduğunu söylədi. Amma incəsənət qurban tələb edir. Mən Azərbaycanımı sevirəm”.

Qeyd edək ki, müğənninin ideyasını reallaşdıran modelyer Leyla Əhmədova olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm