“Qaya”nın konsertindən reportaj - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

“Qaya”nın konsertindən reportaj - VİDEO/FOTOLAR

Əfsanəvi "Qaya" kvartetinin davamçıları olan yeni "Qaya" kvartet ansamblı Rəşid Behbudov adına mahnı teatrında konsert proqramı ilə çıxış edib. Bu, qrupun ənənəvi konsertlərindən idi.

Publika.az-ın konsertdə iştirak edən əməkdaşı xəbər verir ki, hər zaman olduğu kimi, bu dəfə də nə xüsusi qonaq, nə məşhur aparıcı, nə də hər hansı şou fəndlərindən istifadə olunmadı. Səhnənin pərdəsi qalxan kimi qrup təqdimatsız "Qaya" adlı mahnıları ilə hər kəsi salamladı.

Konsert boyu qrup əfsanəvi "Qaya"nın repertuarı ilə yanaşı, dünya klassik mahnılarına da yer ayırmışdı.

Xor mahnıları ilə yanaşı, qrupun hər bir üzvü solo şəkildə mahnılar ifa etdi.

Xüsusi marağa səbəb olan isə "Qaya" qrupunun bədii rəhbəri Rauf Babayevin azyaşlı tələbələri Elvin Salmanov və Kamran Məmmədovun çıxışları oldu.

Konserti "Ey həyat, sən nə qəribəsən" mahnısı ilə yekunlaşdıran qrupu bütün zal ayaqüstə alqışladı.

Konsertin sonunda səhnəyə çıxan Rauf Babayev isə konsertə gələn hər kəsə təşəkkür etdi.

"Baxmayaraq ki, havalar istidir və həftənin beşinci günüdür, yorğun olsanız da bizi sayıb gəldiyiniz üçün sizə təşəkkür edirəm. Cənab nazirimizə də təşəkkür edirəm. Baxmayaraq ki, Azərbaycan İlk Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyi edir, bizə də vaxt ayırdı və biz bu gün konsertimizi həyata keçirdik".

Konserti izləyənlər arasında Sərxan Sərxan və Natəvan Şeyxova da var idi.

İsa Şükürov

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm