ANS-in qəza törədən aparıcısı indi də qırmızı motosikletdə - FOTOLAR
Bizi izləyin

Magazin1

ANS-in qəza törədən aparıcısı indi də qırmızı motosikletdə - FOTOLAR

Dünən medianın gündəmini qırmızı avtomobilində törətdiyi qəza ilə məşğul edən ANS telekanalının xanım aparıcılarından olan Nigar Mahmudova bu gün yenə al qırmızıya boyanıb. Belə ki, o, qəzadan bir həftə əvvəl maraqlı fotosessiya etdirib.

Publika.az xəbər verir ki, bu dəfə o, qırmızı uzun libası ilə göz qamaşdırıb. Belə ki, qırmızı rəngə xüsusi sevgisini al qırmızı libası ilə göstərən teleaparıcı İçərişəhərdə maraqlı fotosessiya etdirib. Məlum səbəblərdən də, fotosessiya üçün qırmızı avtomobilinin deyil, qırmızı motosikletin sükanı arxasına keçib.

Xatırladaq ki, 2 gün öncə Nigar Mahmudova Dərnəgül yolunda zəncirvari qəzaya səbəb olub. Hadisə zamanı teleaparıcının idarə etdiyi “KİA “ markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib

Hadisə zamanı xəsarət alan olmasa da, qəzada iştirak edən hər üç avtomobilə vurduğu ziyanı Nigar Mahmudova ödəməli olacaq.

Aparıcının ziyanı bununla bitmir. Onun sosial şəbəkədə paylaşdığı statusdan belə görünür ki, Nigar Mahmudovanın günləri avtomobilsiz heç də asan keçmir. Qəzadan sonra ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalan N.Mahmudova öz vəziyyətini belə ifadə edib:

“Maşın idarə etməklə nə qədər əsəblərimi qoruyurmuşam. Tıxacın əsəbi heç vaxt metro və avtobusdakı əsəbi üstələyə bilməz. Tıxacda sərin maşında, rahat oturub, zövqündə olan musiqiyə qulaq asaraq gedirsən. Bəzi adamların tıxac gərginliyi yaşamaması üçün maşını qoyub ictimai nəqliyyatdan istifadə etmələrini anlamıram. Adicə hündürdaban ayaqqabıda ayaqüstə durmaq belə məni əsəbiləşdirir. Yubkada metroda oturmaq da narahatdır. Hələ baş verən əsl əsəbiləşməli halları yazmıram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm