“Elgiz, səni Allaha tapşırıram”
Bizi izləyin

Magazin1

“Elgiz, səni Allaha tapşırıram”

ANS telekanalının məşhur teleaparıcısı Elgiz Əkbər başına gələn maraqlı və məzəli hadisəni canlı yayımda danışıb. Publika.az xəbər verir ki, Elgiz Əkbər onu Allaha tapşıran adamdan danışıb.

“”Adam içində” verilişini təzə yekunlaşdırmışdım. Mənə dedilər ki, İrandan zəng ediblər və səninlə danışmaq istəyirlər. Telefonun dəstəyini götürdüm. Zəng edən adam mənim həqiqətən Elgiz olub-olmadığımı aydınlaşdırdı. Sonra da qayıtdı ki, Elgiz, səni Allaha tapşırıram. Tutuldum. “Axı mən sizə nə etmişəm ki, məni Allaha tapşırırsınız?” soruşdum. Sonradan məlum olub ki, İranda "səni Allaha tapşırıram" dua etmək mənasındadır. Hətta iranlılar bir-biri ilə sağollaşarkən insanlar "səni Allaha tapşırıram" deyir. Bizdə isə fərqlidir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm