Canəli Əkbərov: “Buna görə telekanalın rəhbərindən icazə almalıydım”
Bizi izləyin

Magazin1

Canəli Əkbərov: “Buna görə telekanalın rəhbərindən icazə almalıydım”

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov gənclərin muğam sənətinə olan marağından danışıb.

Publika.az-a açıqlama verən xanəndə keçmişi yada salıb:

“Vaxt vardı, muğam sənətinə fikir verən yox idi. Cavanlar xanəndə olmaq istəmirdilər. Muğamatımız getdikcə tənəzzülə uğrayırdı. Hətta efirdə solo-çıxış etmək üçün telekanalın rəhbərindən icazə almalıydım. Muğam sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına salınandan sonra xanəndələrə də xüsusi diqqət verildi. İndi gənclərin də muğama olan marağı artıb, hər kəs xanəndə olmaq arzusundadır. İndi gənc xanəndələrimiz estrada müğənnilərindən heç də az görünmürlər. Hətta mən deyərdim ki, estrada müğənnilərindən daha çox hörmət-izzətlə qarşılanırlar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm